Dövlət Departamenti: ABŞ Əsədə dəstəyə cavab olaraq Rusiyanın təcridini davam etdirəcək

16 Sentyabr 2015 11:29 (UTC+04:00)

ABŞ-ın Suriya prezidenti Bəşər Əsədə dəstək göstərəcəyi halda Rusiyanın gələcək təcridi üçün müxtəlif alətləri var.Movqe.az məlumat verir ki, bunu çərşənbə axşamı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Jurnalistlər ondan Ağ ev rəsmisi Coş Ernestin ötən gün səsləndirdiyi "Rusiya gələcək təcridlə üzləşə bilər" fikirlərinə aydınlıq gətirməyi və söhbətin yeni sanksiyalardanmı getdiyini sual ediblər. Ernest bəyanatında Rusiyanın koalisiyaya qoşulmadan Suriyada təklikdə hərəkət etmək qərarının Əsədə dəstək kimi qiymətləndirilə biləcəyini və növbəti təcridə gətirib çıxaracağını bildirib.

"Bizim bunun üçün müxtəlif alətlərimiz var", - deyə Kirbi bildirib, lakin gələcək sanksiyalarla bağlı məlumat verməkdən imtina edib.