"Xəzər Lənkəran" hazırlıqlara start verdi

16 Sentyabr 2015 12:48 (UTC+04:00)

Premyer Liqanın V turu çərçivəsində sentyabrın 20-də "Neftçi" ilə səfərdə qarşılaşacaq "Xəzər Lənkəran" doğma şəhərdə hazırlıqlara start verib.

Movqe.az Goal.az-a istinadən məlumat verir ki, Cənub təmsilçisi sentyabrın 15-də günün birinci yarısından başlayaraq Lənkəranda bir araya gəlib. Saat 18:00-da komanda stadionun ehtiyat meydançasında məşqə çıxıb. Hazırlıq prossesində yeni legionerlər Seydi Limmam və Pavel Kapsa da iştirak ediblər. Əzələsini darataraq zədələnən Dieqo Souza isə hazırda Bakıda müalicəsini davam etdirir.