Azərbaycan sığorta bazarı bu il 10% artıb

16 Sentyabr 2015 12:53 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 27 sığorta şirkətinin xətti ilə 312,84 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 10,4% çoxdur.

Movqe.az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bilidirib ki, bu ilin ilk 8 ayında sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə 116,16 mln. manat təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin eyni dövründə 36,6 manat olub.