Uşaq jurnalında qalmaqal

9 Oktyabr 2012 17:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Tunisdə yayımlanan bir uşaq jurnalı son zamanların ən qəribəqalmaqallarından birinə şahid olub. 7-10 yaş arası uşaqlara səslənən "Kaws Kuza" adlı jurnal  Molotov kokteylinin necə hazırlandığını bütün detallarıyla, mərhələ mərhələ təsvir edib. Rus RIA Novosti agentliyinin xəbərinə görə, jurnalın "Məlumat Küncü" adlı hissəsində nəşr olunan yazı, molotov kokteyli istehsalının hər mərhələsini göstərən rəngli şəkillərlə də dəstəklənib. Yazının elə ilk bəndində molotov kokteylinin neft və spirt ilə bu maddəyə batırılmış parça və şüşədən ibarət əldə hazırflanmış  silah olduğu ifadə edilir. Sonra isə "silahtaki bez alovlandıqdan sonra dərhal düşmənə atılmalıdır" deyə bitir. Tunis Ailə,qadın və uşaq problemləri Nazirliyi, gələn reaksiyalar səbəbilə jurnal haqqında istintaq açıldığını bildirib.