Konsertlər ləğv edildi, müğənnilər etiraz etdi
16 Sentyabr 2015 13:44 (UTC+04:00)
Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 18 hotel
və kazino rəhbəri bir araya gələrək ortaq qərar qəbul ediblər.
Onlar Türkiyədə yaşanan terror hadisələri vəgəlməyə davam edənşəhid
xəbərlərinə görə bu addımı atıblar.
Bu qərar nəticəsindəVolkan Konak, Aşkın Nur Yengi, Funda Arar,
Sibel Can, Ebru Gündeş, Muazzez Ersoy, Yıldız Tilbe, Hadise, Linet,
Ferhat Göçer, Sıla, Selami Şahin, Hande Yener, Candan Erçetin,
Zuhal Olcay və Erol Evginin konsertləri baş tutmayacaq.
Ancaq müğənnilər bu qərarı birmənalı qarşılamayıblar.
Muazzez Ersoy:"Sadəcə bu deyil, bir çox festivalım
ləğv olunub. Komandamız var, bəs bu insanlar nə edəcəklər? Kaş ki,
ləğv etmək yerinə, yardım kampaniyası başlatsaydılar. Musiqi
kütlənin səsidir, susdurulmamalıdır".
Hadise:"Od düşdüyü yeri yandırar, amma bu belə
bir alovdur ki, hamımızın içinə düşüb. Bu müddətdə musiqinin,
sənətin susdurulmasının doğru olmadığını düşünürəm. Sənət deyil,
silahlar susmalıdır".
Sibel Can:"Ləğv etmək əvəzinə bütün gəlirləri
şəhid ailələrinə bağışlasınlar".