Mübariz Qurbanlı: "Azərbaycanın tolerantlıq təcrübəsi nümunə göstərilirsə, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir"

16 Sentyabr 2015 14:20 (UTC+04:00)

Bu gün Bakıda "Dini və Milli Tolerantlıq - Millətlərarası Münasibətlərin İnkişaf etdirilməsində Medianın Rolu" mövzusunda beynəlxalq forum keçirilib.


Forum Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılğı ilə baş tutub.


Forumda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin vitse spikeri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, xarici ölkələrin Azərbaycandakı səfirləri, ziyalılar, ictimaiyyət xadimləri iştirak ediblər.


Forumu giriş sözü ilə BAMF sədri U. Mirzəyev açıb. O, forumun keçirilməsinin əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb və belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı isə Azərbaycanda ənənəvi tolerantlıqdan danışıb. O qeyd edib ki, Azərbaycanda dini zəmində münaqişələr olmayıb: "Burada yaşayan digər xalqlara qarşı hörmətlə yanaşılıb. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir".


Qeyd edək ki, forumun keçirilməsinin məqsədi jurnalist və ekspertlərin tolerantlığı dünyaya çatdırmaları, dini dözümsüzlüyə qarşı mübarizəni təbliğ etmələridir.