Türkiyə suriyalı qaçqınları Yunanıstana buraxmadı

16 Sentyabr 2015 15:00 (UTC+04:00)

Türkiyə suriyalı qaçqınların Yunanıstana keçməsinin qarşısını alıb. Bu barədə Movqe.az  "Haber7" qəzetinə istinadən məlumat verir.


Son iki gün ərzində 500-dən çox suriyalı qaçqın Türkiyənin Ədirnə vilayəti ilə sərhəddə toplaşıb. Onların niyyəti Yunanıstan ərazisinə keçməkdir.


Məlumata görə, həmin qaçqınlar Mardin vilayətinə göndəriləcək.