Ronaldo: "Bu gün "Real"ın günü idi"

16 Sentyabr 2015 17:13 (UTC+04:00)

"Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasında vurduğu qolların sayını 80-ə çatdırmaq Lionel Messini (77) geridə qoyub. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, 30 yaşlı hücumçu bu uğuru və "Shakhtar"la oyun barədə təəssüratlarını bölüşüb.

"Bunun baş verəcəyini bilirdim. Çünki üzərimdə heç bir təzyiq hiss etmirdim. Əlbəttə, gözəl idi. Yalan danışmaq istəmirəm, çox xoşbəxtəm. Amma əsas məqsədim bu deyil. Bütün mövsüm ərzində yaxşı oynayıb komandama titul qazanmaqda kömək etmək başlıca hədəfimdir. Ümid edirəm ki, qollarım "Real"a sonra da kömək edəcək. Eyni tempdə davam etmək istəyirəm. Bütün komandanın zəhmətini qeyd etmək istərdim. "Shakhtar" topa çox nəzarət etdi. Amma bu gün "Real"ın günü idi. La Liqaya heç-heçə ilə başlasaq da, oyunumuzu yoluna qoyduq. Komanda yoldaşlarım mənə əlavə arxayınlıq verdi".