Azərbaycan nefti 51 dollaradək bahalaşıb

17 Sentyabr 2015 11:30 (UTC+04:00)

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,8 dollar yaxud 5,84% artıb.Movqe.az məlumat verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,75 dollara yüksəlib.Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.