"Onlarsız heç bir uğur alınmazdı" - Cabir İmanov

17 Sentyabr 2015 12:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, aktyor dostlarına təbriklərə görə təşəkkür edib:


"Mənə "əməkdar artist" fəxri adın verilməsinə görə, cənab prezident İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə ailəmiz adında dərin təşəkkür edirəm. Sənətimizə verilən qiymətə görə çox sevindim. Mənimlə bütün bu illər əzində çiyin-çiyinə çalışan qardaşım Tahirə (əməkdar artist Tahir İmanov – red.) və dostlarıma öz minnətdarlığımı bildirirəm. Onlarsız heç bir uğur alınmayıb, alınmır və alınmayacaq da. Bütün təbriklərə görə hamıya dərin təşəkkürlər. Bundan sonra da çalışacam vətənim üçün faydalı olum".