Macarıstan polisindən sığınmacılara bibər qazlı müdaxilə

17 Sentyabr 2015 12:32 (UTC+04:00)

Macarıstan polisi ölkənin Serbiya sərhədində gözləyən sığınmacıları dağıtmaq üçün təziqli su və bibər qazı istifadə edib.

Macarıstan polisi Avropa və Skandinaviya ölkələrinə getmək üçün Macarıstana girməyə çalışan sığınmacılara qarşı tədbirlərini sərtləşdirib. Macarıstan polisi ölkənin Serbiya sərhədində gözləyən və tikanlı simləri geçməyə çalışan sığınmacıları dayandırmaq üçün bibər qazından istifadə edib.

Polis "dağılın" xəbərdarlığını nəzərə almayan sığınmacılara təzyiqli su sıxaraq dağıtmaq istəyib. Serbiya ilə Macarıstan arasındakı Röszke- Horgoş sərhədində gözləyən çox sayda sığınmacının yanında hadisəni təqib edən jurnalistlərə də qaz təsir edib. Sığınmacılar isə ölkəyə girişə icazə verməyən polisə plastik qablar atıblar. Macarıstan hökuməti, yüzlərlə sığınmacının qeyri-qanuni yollara ölkəyə girişinin qarşısını almaq üçün bölgəyə çox sayda xüsusi dəstə yollayıb.