Təmsilçilərimizi gərgin mübarizə gözləyir

17 Sentyabr 2015 12:40 (UTC+04:00)

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinə start veriləcək.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, III mərhələdə Azərbaycan millisinin 3 qrossmeysteri də mübarizəni davam etdirəcək. 1/8 finala gedən yolda Teymur Rəcəbov Peter Svidlerlə, Qədir Hüseynov Dinq Lirenləvə Şəhriyar Məmmədyarov Seturamanlagərgin oyunlar gözləyir.Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.

Dünya Kuboku

1/16 final, ilk oyunlar

Peter Svidler (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan)

Dinq Liren (Çin) – Qədir Hüseynov (Azərbaycan)

                                                      Seturaman (Hindistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan)