Azərbaycanlı zəvvarların Həccdən qayıdış tarixləri açıqlanıb

17 Sentyabr 2015 13:00 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, sentyabrın 29-dan etibarən azərbaycanlı zəvvarları təyyarə ilə vətənə qayıdacaq. İlk reys VİP zəvvarları gətirən təyyarəyə aid olacaq. Qayıdış uçuşları 4 gün davam edəcək.

 

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub.