Saçları ilə qatarı dartıb

10 Oktyabr 2012 11:44 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Hindistanın şərqindəki  qərbi Benqal  ştatında yeni dünya rekorduna cəhd edilib. Siliguri rayonunda yaşayan  Saylen  Roy adlı pəhləvan  saçları ilə ümumi çəkisi 41 ton olan 1 lokomativi və 4 vaqonu  yerindən tərpədərək 2.5 metr dartıb. 45 yaşlı pəhləvan  bu qeyri-adi bacarığını  hinduların  "Vişvakarma pudja" adlı bayramı  münasibəti  ilə nümayiş etdirib. Yerli polis məntəqəsində sürücü işləyən Saylen Roy boş vaxtlarında saçlarının qeyri-adi gücə malik olmasını nümayiş etdirməyi sevir. Hazırda  o öz adının  Qinnesin rekordlar kitabında geydə alınmasına çalışır. Gələcəkdə isə  Siliguri sakini   məktəb açaraq pəhləvanlığın bu üsulunu gənclərə  öyrətmək istədiyini deyir. Pəhləvan bunun üçün  Qərbi Benqal ştatının rəsmilərinin dəstəyinə ehtiyacı  olduğunu bildirib.