Çilidə zəlzələ nəticəsində təxminən 1 milyon nəfər təxliyə olunub

17 Sentyabr 2015 13:53 (UTC+04:00)

Movqe.az-ın Qazeta.ru-ya istinadən məlumatına görə, son məlumatlara görə, həlak olanların sayı beş nəfərə çatıb.


Çili prezidenti Mişel Başelet dağılmış zəlzələ və sunami rayonlarına səfər etmək niyyətində olduğunu bəyan edib.


"Yenə də təbiətin daha bir ağır zərbəsi ilə mübarizə aparmalıyıq",-deyə o bildirib.


Zəlzələ sentyabrın 17-nə keçən gecə Çili sahillərində 8,3 bal gücündə baş verib. Bundan sonra bir neçə güclü afterşok olub. Zəlzələdən sonra hündürlüyü 4,5 metrə qədər dalğa Çili sahillərinədək gəlib. Zəlzələ ölkənin paytaxtı Santyaqoda binaları da silkələyib.