Parisde Edvard Hopperin əsərlərindən ibarət sərgi keçirilib

10 Oktyabr 2012 12:21 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Parisdə ilk dəfə olaraq məşhur Amerikalı rəssam Edvard Hopperin əsərlərindən ibarət sərgi açılıb. Sərgidə yer alan "Gecyatanlar" tablosu rəssamın ən məşhur işlərindəndir. 1942-cı ildə çəkilən əsərdə fırça ustası Nyu-Yorkdakı qəlyanaltıxanaların birində əyləşən 3 tənha şəxsi təsvir edib. Rəssam bu işində, 20-ci əsrdə mövcüd olan şəhər tənhalığı öz əksini tapıb. Edvard Hopper Avropada tanınan az sayda Amerikalı realist rəssamlardan biridir. Ekspozisiya , rəssamın yaradıcılığını analiz etmək istəyənlər üçün yaxşı imkan yaradıb. Sərgi iki hissədən ibarətdir. Birinci hissədə Hopperin gənc yaradıcılıq dövrü , yani rəssamın 1900-1924-cü illərdə Nyu-Yorkun incəsənət məktəbində təhsil aldığı dövrü əks edilib. İkinci hissə isə artıq Hopperin yetişmiş rəssam kimi püxtələşməsindən xəbər verir , burada xronoloji ardıcılıqla ömrünün sonuna qədər onun çəkdiyi ən məşhur işlər sərgilənir.Bu hissədə Hopperin əsərlərinə xas olan əsas xüsusiyyətlər -müasir Amerika realizmini daha aydın görmək olar. 43 yaşında şöhrət tapan rəssam Fransada bir neçə dəfə olsa da, 1906-cı ildə burada daha uzun müddət -1 ilə yaxın qalıb. Burada olduğu müddətdə Hopper, Edqar Deqanın yaradıcılığından təsirlənərək impressionism üslubuna müraciət edib. Sərgidə rəssamın həmin dövrdə Parisin qalereya və salonlarında gördüyü rəsmlərdən ilhamlanaraq yaratdığı işlər də təqdim olunub.Sərginin məqsədi Hopperin Amerika realizmini dərk etməsini , onun üslubu ilə tanış olmayan Fransa tamaşaçılarına çatdırmaqddan ibarətdir. Yelisey çöllərindəki Böyük Sarayın milli qalereyasının 2 mərtəbəsini əhatə edən sərgi yanvarın 28-nə qədər davam edəcək.