Çexiya Prezidenti Miloş Zeman və xanımı Dövlət Bayrağı Meydanında olublar (FOTO)

17 Sentyabr 2015 15:10 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Çexiya Prezidentinə və xanımına Dövlət Bayrağı Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Dövlət Bayrağı Muzeyi ilə tanış olan Prezident Miloş Zeman və xanımı burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıblar.


Ali qonaq muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


Sonda Çexiya dövlətinin başçısına xatirə hədiyyələri təqdim edilib.