Azərbaycanda magistratura ilə bağlı qanuna dəyişiklik edilir

17 Sentyabr 2015 15:30 (UTC+04:00)

Azərbaycanda "Təhsil haqqında" qanuna magistratura ilə bağlı dəyişiklik edilir. Movqe.az-ın məlumatına görə, dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.


Dəyişikliyə əsasən qanunun 22.5-ci maddəsində "təhsil müəssisələrində" sözlərindən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda" sözləri əlavə edilib.


Qanunun hazırkı maddəsinə əsasən isə magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.


Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.