Beyini ələ keçirən səs dalğası icad olundu

17 Sentyabr 2015 16:37 (UTC+04:00)

Elm adamları ilk dəfə səs dalğalarından istifadə edərək beyin hüceyrələrinə nəzarət etməyə nail olublar.

Movqe.az bildirir ki, bu haqda məlumat "Nature Communications" jurnalında yayımlanıb.

Məlumatda bildirilir ki, araşdırmaçılar laboratoriya mühitində ultrasəs dalğaları ilə kiçik qurdun beynindəki bəzi neyronları hərəkətə gətirərək həşəratın fərqli istiqamətdə hərəkətdə olmasına nail olublar.

Kaliforniyadakı Salk Bioloji Araşdırmalar İnstitutundan Stuart İbsen, "Bu texnika, beyinin dərinliklərində məlum bölgəni hərəkətə gəirmək üçün böyük avantaj yaradacaq. Hazırda bu texnikanı siçovulların üzərində sınaqdan keçirərək onun məməlilərin üzərində işə yarayıb- yaramadığını öyrənəcəyik".- deyə bildirib.

Təcrübələrdə "Caenorhabditis elegans" növündən olan qurddan istifadə olunub. Əvvəlcə qurdun beyin xəritəsi çıxarılıb. Bu qurdlar dünyadakı canlılar arasında ən bəsit sinir sistemlərindən birinə sahib canlıdır. Onun beynində 302 neyron var. Neyronların səthindəki hüceyrə pərdəsi, ultrasəs dalğaları ilə gərilir. Nəticədə pərdədəki "TRP-4" deyə adlandırılan kanal hərəkətə keçir.

Araşdırmaçılar qurdun beynini idarə etmək üçün digər hüceyrələrdəki kanalları genetik dəyişikliyə uğradıblar. Alçaq tezlikli ultrasəs dalğalarının təsir gücünü artırmaq üçün qurdları kiçik kolbalara yerləşdiriblər.

Qeyd edək ki, bu texnikanın kəşfindən çox əvəl əvvəl, beyin hüceyrələrinin idarə edilməsi üçün işıqdan istifadə edərək bir texnika yaradılmışdır. Ancaq işığın toxumalara nüfuz edə bilməməsi və sürətlə dağılması səbəbindən üsulun müvəffəqiyyətli olması üçün fiber-optik implant ehtiyac duyulurdu.