"Mənə seksual xanım obrazını yaraşdırırlar"

17 Sentyabr 2015 17:10 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Axşam.az-a açıqlama verən aparıcı filmə dəvət aldığını bildirib:


"Hazırda danışıqlar gedir. Əgər razılaşsaq, filmə çəkiləcəm. "Bacanaqlar" serialındakı obrazımın öhdəsindən yaxşı gəldiyimi düşünürəm. Hələ ki, tənqid eşitməmişəm. Əslində ixtisasca teatr rejissoruyam. Yəni rejissorluqdan başım çıxır. Ona görə də qüsurları tez görürəm. Bugünkü filmlərdə, verilişlərdə çox qüsurlar var. Peşəkarlıq çatışmır. Ekranlarımızda yaxşı işlər azdır. Hər bir rejissorun aktyorluq qabiliyyəti olmalıdır. Tələbəlik illərimdən tamaşalarda oynayıram. Nədənsə elə o vaxtdan rejissorlar mənə seksual xanım obrazını yaraşdırırlar".


Z.Adıgözəlova "Gələcəkdə film çəkməyi düşünmürsünüz" sualına isə belə cavab verib:


"Gələcəkdə verilişlə bağlı layihələrimdə rejissorluğu özüm edəcəm. Amma film çəkmərəm. Belə böyük yükün altına girmərəm".