Parisin 5000 il tarixini əeks etdirən 3d formatlı film yaradılıb

10 Oktyabr 2012 13:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Fransada Paris şəhərinin 5 min il tarixini əks etdirən 3d formatlı filmin təqdimatı keçirilib. İndi İnternet istifadəçiləri dünyanın istənilən nöqtəsindən paris.3ds.com saytına daxil olmaqla Fransa paytaxtına virtual səyahət edə biləcəklər. Film ilk olaraq Paris ratuşasında quraşdırılan 9 nəhənq monitorda nümayiş edilib. 3d formatlı filmdə Parisin müxtəlif əsrlərdəki təsvirləriyaradılıb. Filmdə (Qədim Parisin adı) Lütesiyada qədim yaşayış məskənlərin mövcudluğundan 19-cu əsrin sonuna – Eyfel qülləsinin inşasına qədər olan dövrdəki görüntüləri yer alıb. Parisin zahiri görünüşünü müxtəlif tarixi dövrlərdə olduğu kimi dəqiq yaratmaq üçün tarixçilər bütün əldə olan mənbələrdən , o cümlədən mövcüd xəritələrdən , rəsmlərdən və arxeoloji tapıntılardan istifadə ediliblər. Tarixi mənbələr olmadıqda o dövrdən qalan tikililərdən istifadə olunub. Modelləşdirmənin hər bir mərhələsi tarixçilər tərəfindən diqqətlə yoxlanılıb. Layihə elmi məqsədlərlə yanaşı şəhərin əvvəlki simaları ilə insanları yaxından tanış etmək məqsədi daşıyır. Müasir 3d texnologiyalarının köməkliyi ilə ərsəyə gələn filmdə internet istifadəçiləri Parisin Luvr muzeyi və diqər tarixi , gezməli və görməli yerlərini də virtual olaraq gəzə biləcəklər.