Çexiya Prezidentinin Azərbaycana səfəri başa çatdı

17 Sentyabr 2015 17:54 (UTC+04:00)

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.