"Petronas" TAP-da pay alışına görə SOCAR-a müraciət etməyib

17 Sentyabr 2015 21:00 (UTC+04:00)

"Malayziyanın "Petronas" şirkəti Transadriatik qaz kəmərində (TAP) payın əldə edilməsi üzrə SOCAR-a müraciət etməyib".


Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.


Onun sözlərinə görə, "Petronas"ın belə niyyəti barədə məlumatı yoxdur: "Yəqin bu, kiminsə fikirləri və şərhləri olub, lakin "Petronas" TAP-da iştirak istəyini hələ rəsmi bəyan etməyib və heç kəs bu məsələ üzrə SOCAR-la danışıqlar aparmayıb".