Millimiz məğlub oldu

17 Sentyabr 2015 23:00 (UTC+04:00)

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada növbəti yoxlama matçını keçirib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə,, təlim-məşq toplanışının son mərhələsində Faiq Qarayevin yetirmələri Xorvatiya yığması ilə qarşılaşıb. Görüş komandamız üçün uğursuz alınıb və Ancelo Vercesinin çalışdırdığı rəqib 4:0 (25:11, 25:17, 25:22, 25:20) hesabı ilə qələbə qazanıb.