Çin prezidenti İrana səfər edəcək

18 Sentyabr 2015 11:20 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Çin prezidenti Si Cinpin (Xi Jinping) yaxın gələcəkdə İrana səfər edəcək. Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Entekhab xəbər saytı məlumat verib.


M.C.Zərif deyib ki, bu səfər yaxın bir neçə ay ərzində baş tutacaq: "Hazırda bu səfərin baş tutması ilə bağlı hazırlıqlar iki ölkə rəsmiləri tərəfindən aparılır".


O deyib ki, səfər zamanı iki ölkə arasında iqtisadi və enerji sahəsində bir neçə sənəd imzalanacaq.


İki ölkənin ipək yolu layihəsinin icrası, yük daşımaları sahəsində əlaqələrin inkişafı, xüsusi ilə dəmir yolu və limanlar sahəsində əməkdaşlıqların artırılması, elm və texnologiya sahəsində əlaqələrin inkişafı kimi məsələlər iki ölkə prezidentlərinin görüşündə müzakirə olunacaq.