Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır

18 Sentyabr 2015 12:15 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev Trend-ə bildirib ki, dünən ümumilikdə xəstəxanaya 10 yaralı daxil olub. Onların 1-i Bakıya - Kliniki Tibbi Mərkəzə göndərilib, 1 nəfər qadın isə dünyasını dəyişib.


E.Quliyev deyib ki, xəstələrdən birinin - ayağı ambutasiya olunmuş qadının vəziyyəti ağır olaraq qalır: "Qalan xəstələrin vəziyyəti isə stabil ağır qiymətləndirilir. Hazırda yaralılardan ikisinin ayağı ambutasiya olunub, 3 yaralının aşağı ətraflarında sınıqlar var, qalan xəstələr isə kəllə-beyin travması alıblar".


Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 yaralı xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub.