ABŞ müdafiə katibinin köməkçisi Azərbaycana gəlib

18 Sentyabr 2015 12:23 (UTC+04:00)

ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkas Azərbaycana səfərə gəlib. Movqe.az-ın məlumatına görə, bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.


Səfər zamanı xanım Evelin Farkas bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunması gözlənilir.