Bakıda mənzildən 100 mindən artıq pul və qızıl oğurlayan şəxs yaxalanıb

18 Sentyabr 2015 12:37 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlmaqda şübhəli bilinən CM-nin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər RPŞ tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.