Cənubi Sudanda neft tankeri partladı : 176 ölü-Video

18 Sentyabr 2015 13:17 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Cənubi Sudanda bir neft tankerinin partlaması nəticəsində ən az 176 adamın öldüyü bildirilib. Partlamanın Maridi şəhərində insanların yoldan çıxaraq aşan tankerdən bidonlara neft doldurarkən meydana gəldiyi deyilir. Partlayışda ən az 50 adam yaralanıb.

Yerli xəstəxanalarda yer qalmaması səbəbiylə şəhərin səlahiyyətliləri, Qırmızı Xaç və Birləşmiş Millətlərdən kömək istəyib.

Wilson Thomas Yanga adlı bir hökumət səlahiyyətlisi BBC-yə açıqlamasında, maşının sürücüsünün ən yaxın qəsəbəyə kömək istəməyə getdiyini bu sırada tankerin başına böyük bir kütlənin toplandığını söyləyib.

Cənubi Sudan Afrikanın ən uzun daxili savaşının ardından, Sudanla imzalanan sülh müqaviləsindən sonra 2011-ci ildə müstəqil olub. Ancaq Cənubi Sudan dünyanın ən yoxsul ölkələrindən biridir.

Ordu ilə üsyançılar arasındakı döyüş səbəbiylə 2.2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Avqustda sülh razılaşması imzalanmasına baxmayaraq qarşıdurmalar davam edir.