"Topu buraxmaq vəzifəmizi çətinləşdirdi"

18 Sentyabr 2015 13:23 (UTC+04:00)

"Borussia Dortmund" təmsilçimiz "Qəbələ"nin də yer aldığı Avroliqanın C qrupunda ilk qələbəsini qazanmaqla liderliyə yüksəlib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, "Krasnodar"ı 2:1 məğlub edən "Borussia"nın çalışdırıcısı Tomas Tuxel matçdan sonra bunları deyib:

"Bu gecə komandanın öz oyununu göstərməsi üçün biraz vaxt lazım oldu. Matçın startında ötürmə və zərbələrdə dəqiqlik çatışmırdı. Kəskinlik və futbolçuların bir-birini anlamasını yaxşılaşdırmaq lazım idi. Bununla yanaşı, "Krasnodar"ın müdafiə xəttini təzyiqdə saxlamaq üçün boş sahə tapa bilmirdik. Bütün oyun aspektlərində çətinliyimiz oldu.Bunlar başa düşüləndir. Çünki rəqib səviyyəli komandadır. Həm də yeni sistemlə oynadıq. Bu sistemdə bütün xəttlər "Krasnodar" kimi etibarlı müdafiəyə sahib olan rəqibə qarşı istənilən səviyyədə çıxış etmədi. Top buraxmaq vəzifəmizi çətinləşdirdi. İkinci hissədə daha yaxşı və üstün oynadıq".

Tuxel mövsümün əvvəlində "Manchester United"dən icarəyə götürülən Adnan Yanuzayın oyunu haqqında da danışıb.

"Matçın əvvəlində Adnan cinahda yaxşı çıxışı ilə yadda qaldı. Belə oyunlar bizim oyun tərzimizi bilməsi üçün ona lazımdır. Yanuzayın qısa müddətdə komandada dostları da var. Bacarığını göstərməsi üçün hamı onu dəstəkləyir. Adnan məsuliyyətlə və səlis oynadı. O, düzgün yoldadır".