Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qaxda vətəndaşları qəbul edəcək

18 Sentyabr 2015 16:13 (UTC+04:00)

Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 23-də saat 10:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nərimam Nərimanov küç. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.


Qəbul zamanı bölgədə yerləşən rayonların - Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-i saat 10:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.