SOCAR İrana Azərbaycanın yeraltı qaz anbarlarını təklif edir

18 Sentyabr 2015 17:11 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.


O, qeyd edib ki, gələcəkdə bu qazı İranın şimal bölgələrinə tədarük etmək mümkün olacaq: "İranda qış mövsümündə ölkənin şimal regionlarının qaz təchizatı ilə bağlı problemlər yaranır. Buna görə də SOCAR svop əməliyyatları çərçivəsində bu regiona əlavə qaz tədarük etmək məcburiyyətində qalır. Bu, müəyyən çətinliklər doğura bilər və buna görə də danışıqlar apardıq. Danışqlar zamanı İran tərəfinə sonradan şimal bölgələrini qazla təmin etmək üçün onlara lazımi həcmdə qazı bizim anbarlara doldurmağı təklif etdik".