"Avroliqanın finalına çıxmaq üçün çalışmalıyıq"

18 Sentyabr 2015 19:05 (UTC+04:00)

Azərbaycan çempionu "Qarabağ" ötən mövsümdən fərqli olaraq bu dəfə Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Ağdam klubu London səfərində "Tottenham"ə 1:3 hesabı ilə uduzubMovqe.az .Goal.az-a isitnadən məlumat  verir ki, matçdan sonra bunları deyib.

"Fikrimcə, asan oyun olmadı. Qapımızda erkən qol gördük. Amma şadam ki, komandam xarakter göstərdi və müəyyən bölümlərdə yaxşı oyun nümayiş etdirdik. "Tottenham"in heyətində yeni futbolçular vardı. Bu oyun məşqdən fərqlənir. Qələbə komanda üçün çox yaxşı oldu. Avropa Liqasında qalibiyyət asan deyil. Nə qədər real məsələ olmasını bilmirəm. Amma ciddi bir uğurdur. Böyük klub olaraq bu turnirin finalına çıxmağa çalışmalıyıq".

Poçettino "Qarabağ"ın qapısına 2 qol vuran yeni transfer Yun-Min Son və digər futbolçuların çıxşını da dəyərləndirib.

"Son dubl etdi və 1 saat meydanda oldu. Ondan çox razıyam. Sonun adaptasiyası əvvəldən yaxşı gedir. "Sunderland"lə matçdan sonra ona hücumçu kimi oynaya biləcəyini izah etdim. Müxtəlif mövqelərdə oynamaq bacarığı var. Dele Alli isə hələ yeni mövsümə hazırlıq zamanı təcrübəli futbolçu təsiri bağışlayırdı. O, keyfiyyətini göstərdi. Alli əsas heyətə düşməyə qadirdir. Lakin 19 yaşlı yarımmüdafiəçi ilə diqqətli olmaq lazımdır. Onun mövsüm ərzində hazırki səviyyəsini saxlamasına diqqət edilməlidir".