Avroliqada yenə azarkeş rekordu qırılıb

18 Sentyabr 2015 22:00 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin "Borussia" (Dortmund) - "Krasnodar" matçında (2:1) azarkeş rekordu qırılıb. Movqe.az Goal.az-a  istinadən  məluamat verir ki, bu matçda 55 min 200 azarkeş izləyib. Bu isə Avroliqanın qrup mərhələsində stadiondan ən çox izlənən qarşılaşma olub.


Qeyd edək ki, bundan əvvəlki rekord 2011/2012 mövsümündə keçirilən "Schalke" - "Steaua" oyununa məxsus idi - 53 min 123 tamaşaçı.