YAP-ın MSK-da təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib

18 Sentyabr 2015 20:00 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasında (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib.


Movqe.az-ın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MSK-nın qərarı ilə Quliyev Bəhruz Vaqif oğlu YAP tərəfindən Mərkəzi Seçki Komissiyasında təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib.