Çilidə zəlzələdən ölənlərin sayı 13-ə çatdı

19 Sentyabr 2015 10:20 (UTC+04:00)

Çilidə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, daha 6 nəfər itkin düşmüş hesab edilir.Təbii fəlakətdən ümumilikdə 3 minə yaxın insan zərər çəkib.

Xatırladaq ki, sentyabrın 17-ə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Santyaqodan 228 km aralıda yerləşən İlyapel şəhəri yaxınlığında yerləşib.