​İsrail Qəzza zolağına bir neçə raket zərbəsi endirib

19 Sentyabr 2015 10:40 (UTC+04:00)

İsrailin Hərbi Hava Qüvvələri Fələstin ərazisindən açılan raket atəşindən sonra Qəzza zolağına üç zərbə endirib.

Movqe.az məlumat  verir ki, bu barədə İsrail mətbuatına istinadən RİA "Novosti" məlumat yayıb.

Bundan əvvəl Fələstin döyüşçüləri Qəzza zolağından İsrailin cənub hissəsinə raket atıblar. Nəticədə xəsarət alan olmayıb.