​Azərbaycan vətəndaşı Rusiyada qadını qarət edib

19 Sentyabr 2015 11:00 (UTC+04:00)

Sankt-Peterburqda zorlama və qarətdə şübhəli bilinən 39 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.Movqe.az "Report"-a   istinadən məlumat verir ki, faktla bağlı polisə 57 yaşlı şəhər sakini müraciət edib.Qadın sentyabrın 10-da Lanskoe şossedə yerləşən 65 saylı evdə tanışı tərəfindən bıçaqla hədələnərək cinsi təcavüzə məruz qaldığını bildirib. Cani, həmçinin qadının qızıl-zinət əşyalarını götürərək qaçıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi üzrə cinayət işi qaldırılıb. Şübhəli şəxs saxlanılıb, qarət olunan zinət əşyalarının bir hissəsi götürülüb.