Azərbaycanda bir günün gəlini intihar edib

10 Oktyabr 2012 15:26 (UTC+04:00)
Azərbaycanın Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Qiyamadınlı kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnarə Pərvaz qızı Hüseynova özünü asaraq intihar edib. 

Məlumata görə, G. Hüseynovanın dünən toyu olub. O, ötən gün gəlin gəldiyi evdə özü öldürüb. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.