Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2 dollar yaxud 4,26% ucuzlaşaraq 44,9 dollar/barel təşkil edib.Movqe.az-ın məlumatına görə, "Brent" markalı neftin qiyməti də 1,33 dollar yaxud 2,71% ucuzlaşaraq 47,75 dollar/barelə enib.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.