101 yaşlı velosipedçi rekorda imza atdı

10 Oktyabr 2012 16:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, gələn ay 101 yaşını qeyd edəcək fransalı velosipedçi Rober Marşan öz yaş kateqoriyasında rekorda imza atıb. Fransanın  Leon şəhərindəki velotrekdə yaşlı idmançı 300 dəfə dövrə vurmaqla 100 kilometr məsafəni 4 saat 17 dəqiqə 27 saniyəyə qət edib. Tədbirdə iştirak edən Fransa velosiped idmanı federasiyasının rəsmiləri Rober Marşanın bununla öz  yaş kateqoriyasında rekord müəyyən etdiyini bildiriblər.

Bir əsrlik qocanın 51  kiloqram çəkisi var. Keçmiş  yanğınsöndürən cavanlıqda  həm də həvəskar boksçu olub. Hazırda tək yaşayan Marşan bütün ev işlərini özü görür.Yemək bişirməklə yanaşı avtomobili də özü idərə edir. İndiyə qədər heç vaxt siqaret çəkmədiyini deyən 100 yaşlı qoca zərərli vərdişlərin  əvəzinə çaxıra və  həyatı boyu gözəl xanımlara üstünlük verdiyini bildirib. Onun qeyri -adi gücə malik olması  İnserm  elmi  araşdırma  institutunun  alimlərinin  də  marağına səbəb olub. Hər üç aydan bir onlar Marşanı müayinə edərək onun uzun ömürlü və  sağlam səhhətinin sirrini tapmağa çalışırlar.