Azərbaycanda həkimlərin sayı açıqlanıb

19 Sentyabr 2015 21:00 (UTC+04:00)

Bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti" adlı rəsmi statistik məcmuəsində məlumat verilib.


Statistik rəqəmlər Azərbaycanda həkimlərin sayının artdığını göstərir. Belə ki, həkimlərin sayı 2001-ci ildə 29 min nəfər, 2006-cı ildə 30 min 600 nəfər, 2012-ci ildə 31 min 400 nəfər, 2013-cü ildə 32 min 300 nəfər, 2014-ci ildə isə 32 min 400 nəfər olub.


Hazırda ölkəmizdə 566 xəstəxana fəaliyyət göstərir. Bu müalicə müəssisələrində 46 min 400 çarpayı var. Rəsmi nəşrdə bildirilir ki, 2001-ci ildə xəstəxanaların sayı 735, xəstəxana çarpayılarının sayı isə 69 min 900 olub. Xəstəxana və xəstəxana çarpayılarının sayının azalması səhiyyə sahəsində islahatların və mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.