FİFA yenə "Barcelona"nı məyus etdi

20 Sentyabr 2015 09:30 (UTC+04:00)

FİFA "Barcelona"nın yeni oyunçu qeydiyyatdan keçirməsinə icazə verməyib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, Ali futbol qurumu katalonların zədələnmiş Rafinyanın əvəzinə Arda və ya Aleyş Vidalıdan birini qeydiyyatdan keçirmək üçün müraciət etmişdi. Belə ki, "Barca" rəhbərliyi qadağada bu barədə olan bəndə əsaslanmaq istəyib. Amma FİFA bu maddənin İspaniya Futbol Federasiyasının nizamnaməsində olduğunu əsas gətirirək müraciətə rədd cavabı veriblər.