Tornado ABŞ-ın bir neçə ştatında dağıntılar törədib

20 Sentyabr 2015 12:00 (UTC+04:00)

Dağıdıcı tornado ABŞ-ın üç ştatının ərazisindən keçib. Qasırğa Kanzas, Missuri ştatlarının ərazisində, həmçinin İllinoys ştatında onlarla yaşayış məntəqəsinə zərər vurub.


Movqe.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, İllinoys ştatının rəhbərliyi yeni tornadoların yaranacağı barədə xəbərdarlıq edib. Bütün ştat boyu evlər dağılıb, güclü külək yüzlərlə binanın damını qoparıb. Elektrik xətlərində baş verən qırılmalar səbəbindən minlərlə sakin işıqsız qalıb.


Artıq Çikaqo hava limanlarının administrasiyası da sərnişinlərə reyslərin ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib.