Mingəçevirdə yanğına görə 30 nəfər təxliyə olunub

20 Sentyabr 2015 14:30 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır.


Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunmuşdur.


Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.