Azərbaycan daşınmaz əmlakın qeydiyyatı prosesini sadələşdirir

10 Oktyabr 2012 18:08 (UTC+04:00)
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı sisteminin təkmilləşdirilməsi istiqamətində yeni normativ-hüquqi sənədlər hazırlayır.

"APA-ECONOMICS"in məlumatına görə, bunu Komitə sədrinin müavini Rafiq Camalov bildirib.

Onun sözlərinə görə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar nəticəsində qeydiyyat prosesinin sadələşdirilməsi nəzərdə tutulur. Belə ki, əgər hazırda əmlakın qeydiyyata alınması üçün Forma№1-in alınmasına 5 iş günü vaxt tələb olunurdusa, bu müddətin 1 günə qədər, təkrar bazardakı yaşayış evləri üçün 7 günə qədər, ipotekanın rəsmiləşdirilməsi zamanı isə 5 gündən 3 günə kimi azaldılması təklif olunur.