Azərbaycan nefti ucuzlaşıb

21 Sentyabr 2015 11:30 (UTC+04:00)

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,93 dollar yaxud 1,85% azalıb.

Movqe.az məlumat verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,12 dollara enib.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.