​MSK Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayıb

21 Sentyabr 2015 11:55 (UTC+04:00)

MSK Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisə seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.Seminar-müşavirələrdə MSK üzvləri, MSK Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.Seminar-müşavirələrin sentyabrın 30-dək davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.