İraqda antiterror əməliyyatı nəticəsində 23 İŞİD terrorçusu zərərsizləşdirilib

21 Sentyabr 2015 12:05 (UTC+04:00)

İraqın təhlükəsizlik srtukturları və beynəlxalq koalisiya güclərinin Anbar, Ninova və Diayla əyalətlərində birgə keçirdikləri antiterror əməliyyat nəticəsində İŞİD-in 23 silahlısı zərərsizləşdirilib.Movqe.az "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu haqda əməliyyatların komandanı, briqada generalı Kasım əl-Mahmudi bildirib.Onun sözlərinə görə, Ramadi əyalətinin əl-Buşecel rayonundakı əməliyyatda 8 İŞİD silahlısı öldürülüb, 7-si yaralanıb.

İraqın Dilay əyalətinin Hamrin dağlarında keçirilən əməliyyat nəticəsində 3 İŞİD-çi zərərsizləşdirilib.

Mosulun Sincar (Səncər) rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib.