Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2482 şikayət daxil olub

21 Sentyabr 2015 12:40 (UTC+04:00)

Bu ilin 8 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 2482 şikayət daxil olub. Bu barədə Movqe.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, şikayətlər ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar olub.

Qeyd edək ki, Nazirliyin 168 saylı "Qaynar xətt"i 24 saat fəaliyyət göstərir.